Vakansiya haqqında
Əmək haqqı: Razılaşma yolu ilə
İş şəraiti
• 5 günlük iş həftəsi
• Nahar şirkət tərəfindən təmin olunur
• Nahar fasiləsi: 13:00 - 14:00
• Ünvan: Bakı, Aliağa Vahid 1B (Bakı-Sumqayıt yolunun üstü, masazır dairəsi)
Tələblər
- • Biznes idarəetməsi, iqtisadiyyat, marketinq və ya əlaqəli sahə üzrə ali təhsil
- • MBA və ya əlavə biznes/menecment sertifikatları üstünlükdür
- • Biznes inkişafı, kommersiya və ya satış sahəsində minimum 7-10 il, rəhbər vəzifədə 3 il iş təcrübəsi
- • Retail sektorunda, xüsusilə geyim (fashion retail) sahəsində təcrübə mütləqdir
- • Azərbaycan dili – sərbəst, İngilis dili – yaxşı səviyyədə (rus dili əlavə üstünlükdür)
- • MS Office proqramları (xüsusilə Excel və PowerPoint) – yüksək səviyyədə
- • Strateji planlaşdırma və biznes inkişafı proseslərini dərindən bilmə
- • Retail bazarı, müştəri davranışı və satış dinamikası üzrə güclü anlayış
- • Bazar araşdırması və rəqib analizlərinin aparılması bacarığı
- • Nəticəyönümlülük və məsuliyyətlilik
- • Dəyişiklikləri idarə etmə və adaptasiya qabiliyyəti
Vəzifələr
- • Bazar analizlərinin (mal növləri-qiymətlər-trendlər-dəyişimlər) mütəmadi aparılması
- • Biznes proseslərin idarəedilməsi ilə əlaqəli optimallaşdırma və layihələrin aparılmasını, prosesin iş axınlarının düzgün tərtib edilməsini təmin etmək.
- • Şirkətin geyim və digər retail istiqamətləri üzrə uzunmüddətli inkişaf strategiyasının hazırlanması
- • Yeni mağazaların açılması üçün lokasiya seçimi, bazar araşdırması və kommersiya potensialının qiymətləndirilməsini həyata keçirmək
- • Yerli və beynəlxalq brendlərlə, təchizatçılarla və strateji tərəfdaşlarla danışıqlar aparmaq və əməkdaşlıqlar qurmaq
- • Mövcud mağazaların fəaliyyətini təhlil edərək satışların artırılması və əməliyyat effektivliyinin yüksəldilməsi üçün inkişaf planları hazırlamaq
- • Şirkətin müxtəlif sektorlar üzrə (geyim, qida, aksesuar və digər retail kateqoriyalar) portfelini inkişaf etdirmək və diversifikasiya strategiyalarını tətbiq etmək
- • Satış, marketinq, merchandising və əməliyyat komandaları ilə koordinasiyalı şəkildə işləyərək ümumi kommersiya nəticələrinin yaxşılaşdırılmasını təmin etmək
- • Biznes inkişafı komandası qurmaq, idarə etmək və əməkdaşların peşəkar inkişafını təmin etmək
- • Satışın, gəlirin və ümumi nəticələrin artmasına fokuslanmaq
- • KPI-lara çatmaq üçün konkret addımlar planlayıb icra etmək
- • Büdcəni planlamaq və düzgün idarə etmək
- • Yeni layihələrin nə qədər effektiv olduğunu (xeyir gətirəcəyini) qiymətləndirmək
- • Online satışları inkişaf etdirmək və mağazalarla əlaqəli işləməsini təmin etmək
- • Strategiyaların real həyata keçməsinə nəzarət etmək
- • Qərarların tez və effektiv icra olunmasını təmin etmək
- • Yeni partnyorlar tapmaq və əlaqələri inkişaf etdirmək
- • Franchise və digər genişlənmə imkanlarını araşdırmaq
- • Yeni ideyalar irəli sürmək və onları praktikada yoxlamaq
- • Şirkətin uzunmüddətli inkişafına töhfə verən qərarlarda aktiv iştirak etmək
- • Yeni retail formatlarının (multi-brand, mono-brand, franchise, concept store və s.) tətbiq imkanlarını araşdırmaq və həyata keçirmək
- • Bazar trendlərini, müştəri davranışlarını və rəqibləri mütəmadi olaraq təhlil edərək strateji qərarların qəbulunu təmin etmək