Vakansiya haqqında
Əmək haqqı: Razılaşma yolu ilə
İş şəraiti
• 5 günlük iş qrafiki
• Nahar fasiləsi: 13:00 - 14:00
• Nahar şirkət tərəfindən təmin olunur
• Ünvan: Bakı-sumqayıt yolunun üstü (Masazır dairəsi)
Tələblər
- 1. Ali təhsil (Marketinq və ya əlaqəli sahələr üzrə üstünlükdür)
- 2. Müvafik sahədə minimum 5 il təcrübə
- 3. Retail / FMCG / mağaza şəbəkəsi mühitində in-store marketinq təcrübəsi.
- 4. Brend standartları və POSM bilikləri.
- 5. Analitik yanaşma, problem həlli, koordinasiya və podratçı idarəetməsi.
- 6. MS Excel/Google Sheets, foto-hesabat və planlama vərdişləri.
- 7. Aktiv sahə işi (mağaza ziyarətləri) və sürətli icra.
Vəzifələr
- 1. Mağaza daxili brending və vizual standartlar
- 2. Mağaza daxili brend standartlarının (CI) tətbiqi və daim nəzarətdə saxlanılması.
- 3. POSM materiallarının (banner, stiker, wobler, shelf-talker, vitrin materialı və s.) yerləşdirilməsi, yenilənməsi və düzgünlüyünün yoxlanılması.
- 4. Mağaza içi naviqasiya, qiymət etiketi zonaları, promo stendlər və xüsusi guşələrin brend standartlarına uyğun qurulması. Hər mağaza üçün vizual check-list hazırlanması və aylıq/haftəlik auditlərin aparılması.
- 5. Kampaniyaların mağaza daxilində düzgün tətbiqinin təmin edilməsi (promo zonalar, endirim mesajları, məhsul düzülüşü). Yeni kampaniya startı üçün mağazalara təlimatların hazırlanması və paylaşılması.
- 6. Mağazalarda yaranan brending, avadanlıq, material çatışmazlığı və vizual pozuntu problemlərini operativ aşkar etmək. Problemlərin səbəbini araşdırmaq (foto/video sübut, mağaza heyəti ilə müsahibə, təchizat yoxlaması).
- 7. Problemlərin həlli üçün lazımi tədbirləri görmək: material sifarişi, ustaya yönləndirmə, yenidən montaj, düzəliş işlərinin təşkili. Problemlərin statusunu izləmək və “açıq bağlanma” sistemi ilə nəticəni təsdiqləmək (SLA/vaxt norması ilə).
- 8. Təchizat, istehsal və podratçılarla iş
- 9. Təkliflər paketi: mağaza içi təcrübənin (customer experience) yaxşılaşdırılması üçün ideyalar. Daxili koordinasiya və kommunikasiya