Nur collection "Yerli Şirkətlərin Tanıtım Sərgi" sində iştirak etdi
"Nur Collection" olaraq 18–21 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 6-cı "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə iştirak etdik. Yerli şirkətlərin bir araya gəldiyi bu mühüm tədbirdə məhsullarımızı nümayiş etdirməkdən böyük qürur və məmnuniyyət duyduq.
Bu sərgi bizim üçün yalnız təqdimat platforması deyil, həm də yerli sahibkarlarla şəbəkələşmə və əməkdaşlıq üçün dəyərli fürsət idi. Stendimizə göstərilən maraq və dəyərli rəylər bir daha təsdiq etdi ki, sadəlik, zövq və keyfiyyət bir araya gəldikdə güclü bir brend formalaşır.
Missiyamız:
"Nur Collection" olaraq biz hər zaman müştəri məmnuniyyətini, dəbli və istifadəçiyə uyğun dizaynları, eləcə də yerli istehsalın gücünü ön planda tuturuq.
Sərgimizi ziyarət edən hər kəsə təşəkkür edirik. Dəstəyiniz bizim üçün dəyərlidir – gəlin, yerli brendləri birlikdə böyüdək!